Şou-biznes

Safura Əlizadə bacısına "tuş" gəldi - FOTOSESSİYA

30 Aprel 2011 10:31
Baxış: 5 907
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycana "Eurovision 2010" mahnı müsabiqəsində 5-cilik qazandıran Safura Əlizadə yeni fotosessiyasını pərəstişkarlarına təqdim edib. Avropanın bir çox tanınmış fotoqrafları ilə əməkdaşlıq edən Safura Əlizadə bu dəfə bacısı Fidan Əlizadənin obyektivinə "tuş gəlib".

Milli.Az xəbər portalının məlumatına görə, "Yaz fotosessiyası" adlanan fotosessiyada Safura Əlizadə "Bahar qızı"nı canlandırıb. Hal-hazırda Bakıda ailəsi ilə vaxt keçirən Safura gələn ay Almaniyaya yola düşəcək. Gənc ifaçı ikinci albomunun tamamlanma işləri üzərində çalışır.

Məlumat üçün bildirək ki, müğənni olmağa hazırlaşan 16 yaşlı Fidan Əlizadə Gürcüstanın tanınmış müəllimi Mziya Qambaşidzedən dərs alır.

Milli.Az xəbər portalı Safuranın "Yaz fotosessiyası"nı təqdim edir:

Leyla
Milli.Az

















Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.