Şou-biznes

“Eurovision 2011” təmsilçilərimiz aşpazlıq etdilər - FOTOSESSİYA

27 Aprel 2011 10:27
Baxış: 392
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Eurovision 2011" mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək EldarNigar dueti Kiyev şəhərində Azərbaycan mətbəxinin təamlarını nümayiş etdiriblər. Milli.Az xəbər portalının məlumatına görə, qaldıqları otelin mətbəxində yemək hazırlayan duet bundan böyük zövq aldığını deyib.

Bundan başqa, Eldar və Nigar ötən gün Kiyevdə olan Avstriyanın "Eurovision 2011" təmsilçisi Nadina Beiler və Ukrayna təmsilçisi Mika Nyuton ilə görüşüblər. Hər 3 təmsilçi bir-birilərinə promo-disklərini hədiyyə edib və müsabiqə ilə bağlı fikirlərini bölüşüblər.

Məlumat üçün bildirək ki, bu həftəsonu Eldar və Nigar müsabiqənin keçiriləcəyi Düsseldorf şəhərinə yola düşəcək. May ayının 1-dən "Fortuna Arena"da "Eurovision 2011" yarışmasının əsas məşqlərinə rəsmi olaraq start verilir. Eldar və Nigar müsabiqənin may ayının 10-da baş tutacaq ilk yarımfinalında finala çıxmaq uğrunda mübarizə aparacaq.

Milli.Az xəbər portalı təmsilçilərimizin Kiyevdə çəkdirdikləri şəkilləri təqdim edir:

Leyla
Milli.Az

















Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.