Şou-biznes

Namiq Qaraçuxurlu kimləri Azərbaycanın ən cazibədar xanımı hesab edir?

1 Aprel 2011 09:02
Baxış: 987
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Namiq Qaraçuxurlu: "Meyxanaçı dost-tanışımı narkotikadan müalicə elətdirmişəm"

Milli.Az xəbər portalı bildirir ki, Day.Az Radionun qonağı olan Namiq Qaraçuxurlu Azərbaycan səhnəsində ən cazibəli xanımın Aysel Teymurzadə olduğunu söyləyib.

"Mən artıq heç bir xanıma gözəl deyə bilmirəm. İlk dəfə səhnəyə çıxır, deyirsən, yaraşıqlı, gözəl xanımdır. Üstündən 1 ay keçir, görürsən ki, xanım tamamilə dəyişilib. İndiki zamanda nadir hallarda gözəl, cazibəli xanım tapmaq olar. Mən xanımda təbiiliyi, şirinliyi sevirəm. İndiki qadınların hamısı qaşlarına tatuaj, üzlərinə botoks vurdururlar, dodaqlarını böyüdürlər və nəticədə hamısı da bir-birinə bənzəyir" - deyən kişi sənətçi, xanımların xarici görkəmində bəyənmədiyi əlamətləri sadalayıb.

Namiqin gözündə Azərbaycanın 3 gözəl xanımı kimlərdir?

Qaraçuxurlu Azərbaycan səhnəsində 3 xanımı bəyəndiyini deyib: "Aysel Teymurzadə çox gözəl, cazibədar xanımdır, Aygün Kazımova da gözəldir. Və mənim fikrimcə bir xanım da gözəldir. Səhv etmirəmsə, hal-hazırda Vüqar Camalzadəylə işləyir. Ancaq təəssüflər olsun ki, adını bilmirəm. Bir də ona gözəl deyərəm mən".

Namiq Qaraçuxurlu insanların şayiələrindən, yalan, uydurulmuş söhbətlərindən, babal yumaqlarından da bezdiyini dilə gətirdi: "Mən insanların söz-söhbətlərindən çox bezirəm və qıcıqlanıram. Bəzən yalan-yanlış bir mövzunun üstündə elə qırğın gedir ki... Bu isə jurnalistlərin savadsızlığından və məntiqsizliyindən irəli gəlir. Mən ilk dəfə müsahibə verəndə, bu yazıya baxmağı səbirsizliklə gözləyirdim. Ancaq görürdüm ki, hardaki jurnalistlərə qalmaqal gətirəcək, reytinq yaradacaq söhbət var, onu saxlayıb, qalanlarını isə montajla kəsib atırlar" - deyə müğənni gileylənib.

"Heç vaxt narkotikadan istifadə etməmişəm"

Meyxanaçı Namiq Qaraçuxurlu özü barəsində xoşagəlməz sözlər danışıldığını gizlətmədi. Sənətçinin bu cür hallara münasibəti isə belədir:

"Haqqımda belə şayilər gəzir ki, "o, narkomandır, yoxsa, hardandır elə mahnılar?". Ama fərqində deyillər ki, günah işləyib, başqasının günahını qazanırlar. Mən əgər uyuşdurucu istifadə etsəydim, tam əksinə, bu qədər böyük layihələrə imza ata bilməzdim. Çünki, o maddələr adamı key kimi edir, həyata dair hisslərini öldürür. Mən içki içirəm. Ama onu da düzgün hesab etmirəm. O da ki, məcburiyyətdən olur. Dost, tanış yığışır bazar günləri və məcbur edirlər içki içməyə. Spirtli içki içməyi səhv hesab edən adam narkotik necə çəkə bilər axı?! Mən öz pulum, əziyyətim hesabına 17 nəfər dost-tanışı - hətta aralarında meyxanaçılar da vardı - bu xəstəlikdən müalicə elətdirmişəm" - deyə, müğənni açıqlayıb.

"Evdəkilər mənim narkotika çəkdiyimi düşünüblər"
 
Populyar meyxanaçı "Hətta  elə olub ki, evdəkilər, tanışlar da mənim guya narkoman oldğumu düşünüb, şübhə ediblər. Hətta mən boğazımdan, badamcıq vəzlərimdən əməliyyat olunanda yalandan şayiə yayılmışdı ki, narkotikadan müalicə olunur. Mən çox təsirlənirəm bu cür söz-söhbətdən. Mən millətimi bu cür görmək istəmirəm. Boş-boş söhbətlər haqqında nəinki danışmaq, zaman sərf etməyinə belə dəyməz. Təəssüflər olsun ki, bizim cəmiyyətdə uğursuz, məntiqsiz insanlar çoxdur. Hətta bir sıra kişilər var ki, qadınlardan daha çox qeybət etməyi, yalan-yalnış bir şeyin üstünə əlavələr edib, şişirdərək danışmağı, sözbazlıq etməyi sevirlər. Məntiqli insanlar bu cəmiyyəətdə çox azdır" - deyə, Namiq Qaraçuxurlu fikirlərini bölüşüb.

Günay Nəzərova
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.