Şou-biznes

"Kurtlar Vadisi"ndə fahişə əməliyyatı

4 Yanvar 2011 20:01
Baxış: 305
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Milli.Az xəbər portalı "Habertürk"ə istinadən bildirir ki, Türkiyənin Adana şəhər polis idarəsinin əxlaqsızlıqla bağlı cinayətlərə qarşı mübarizə bölməsinin əməkdaşları "Facebook" vasitəsilə iş adamları, məmurlar və siyasətçilərə qadın "yollayan" dəstəni zərərsizləşdirib. Bu dəstə hər "hədiyyə" üçün 300-1000 lirə pul alırmış.

Dəstənin 11 üzvündən 3-ü kişidir.
Həmin dəstənin fahişələrlə təmin etdiyi müştərilər arasında "Kurtlar Vadisi" serialının aktyorları Gurkan Uyğun (Memati), Kenan Çoban (Əbdülhey) və Erdem Ergüneyin (Dəli Hikmət) olduğu vurğulanıb. Bu şəxslərin qadınlarla "görüş" üçün getdikləri otelin mühafizə kameraları vasitəsilə çəkilmiş görüntüləri var.

Fahişə qadınlardan birinin dediyinə görə, o, "Kurtlar Vadisi"nin baş rolunu ifa edən Necati Şaşmaz (Polad Aləmdar) üçün də "hədiyyə" olub.

Tural
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.