Şou-biznes

Azərbaycanın ən gözəl qızlarının adı açıqlandı - FOTOSESSİYA

27 Mart 2014 11:49
10 Şərh     Baxış: 16 519
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Miss Eurovision of Azerbaijan" gözəllik müsabiqəsinin yarımfinalına vəsiqə qazanan iştirakçıların adları açıqlanıb

Milli.Az-ın məlumatına görə, "High Life Fashion & Model Academy" və "Merac Production"ın təşkilatçılığı ilə keçirilən "Miss Eurovision" gözəllik müsabiqəsinin 1-ci turunun sonuncu seçim turu bitib.

Gözəllər növbəti mərhələyə peşəkar münsif heyətinin seçimi ilə keçiblər.

Münsiflər heyətində layihə rəhbəri, modelyer Mübariz Allahverdizadə, layihənin təşkilatçısı Aqil Məmiyev, əməkdar artist Hüsniyyə Mürvətova, müğənni Zamiq Hüseynov, aparıcılar Nərgiz Cəlilova, Şəhriyar Əbilov, model Oksana Rzayeva, yarışmanın keçən il Azərbaycan təmsilçisi model Anastasiya Bern, Türkiyədən rəsmi nümayəndə Turan İşıqlı və model İlqar Əliyev əyləşiblər.

Qeyd edək ki, yarımfinal mərhələsinə 42 xanım iştirakçı vəsiqə qazanıb. Onların yalnız 22 nəfəri final mərhələsində iştirak etmə şansı qazanacaq. Sonda isə seçiləcək bir qalib gözəl avtomobil qazanmaqla yanaşı, ölkəmizi beynəlxalq müsabiqədə təmsil edəcək.

Əlavə olaraq onu da bildirək ki, yarımfinal mərhələsinə 42 xanım iştirakçı vəsiqə qazansa da, onlardan 2 xanım iştirakı müsabiqədən uzaqlaşdırılıb. Səbəb isə hazırda onların başqa müsabiqədə iştirak etmələridir.

"Miss Eurovision of Azerbaijan" gözəllik müsabiqəsinin yarımfinalına vəsiqə qazanan iştirakçıların adları aşağıdakılardır:

Şirəliyeva Günel Taleh qızı

Nigar Hüseyni Salamat qızı

Sima Şərifəddinova Vahid qızı

Emilya Sultan Hidayət qızı

Elmira Mirzoyeva Şahin qızı

Fəridə Camaldinova Camaldin qızı

Adeliya Hacıyeva İlham qızı

Tahira Səmədova Nazim qızı

Lalə Hüseynova Eyvaz qızı

Nərmin Məmmədzadə Şahvələd qızı

Arzum Nağızadə Müzadil qızı

Sevda Quliyeva Əlihüseyn qızı

Ramina Abbasova Seyfəddin qızı

Sevda Quliyeva Loğman qızı

Səmra Hüseynova Tahir qızı

Pərvin Abıyeva Rəhim qızı

Sevinc Əliyeva Əlisəməd qızı

Sevinc Şirinova Əziz qızı

Pərvanə Məhərrəmova Etibar qızı

Turana Quliyeva Sultan qızı

Firəngiz Əliyeva Hafiz qızı

Aynur Şeydayeva Səhrab qızı

Nuray Nuriyeva Nurbala qızı

Suzanna Əliyeva Əbdüləziz qızı

Fidan Əfəndi Süleyman qızı

Mədinə Bağırova Nizam qızı

Aida İsayeva İlham qızı

Kəmalə Abbasova Ənvər qızı

Marina Qoruşena Aleksandrvna qızı

Sabina Şafiyeva İlham qızı

Zümrüd Məmmədova Elxan qızı

Leyla Mahmudova Nazim qızı

Vəfa Məmmədova Eyyub qızı

Zəhra Nəsirova Rafət qızı

Səbinə Məlikova Ceyhun qızı

Tatyana Kanalina Sergeyevna qızı

Səma Mehdi Ağamehdi qızı

Sara Zeynalova Hüseyn qızı

İrlana Qasımova İsmayıl qızı

Kamilla Sarkarova Kamil qızı

Emilya Musayeva Rövşən qızı

Ülkər Əliyeva

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.