Milli.Az xəbər verir ki, hər həftənin cümə günü saat 21:00-da Lider TV ekranlarında yayımlanan "Rəngarəng" verilişinin budəfəki qonağı müğənni Xatirə İslam olub. Sənətçinin evində baş tutan çəkilişdə maraqlı məqamlar yaşanıb."Bizim davamız hər zaman buna görə düşür"
Rejissoru Aynurə Tahirqızı, aparıcısı Zaur Nəbioğlu olan verilişdə xalq artisti Zabit Nəbizadə, müğənni Elnur və aşıq Əli qonaq qismində çıxış ediblər.
Rəngarəng, şən ab-havada keçən verilişdə sənətçilər mehribanlıq nümayiş etdiriblər. Təsadüf nəticəsində məlum olub ki, həm Elnur, həm aşıq Əli, həm də ev yiyəsi Xatirə xanəndə Zabit Nəbizadədən muğam dərsi alıb. Ustadın sözündən çıxmayan tələbələr onunla birlikdə muğam ifa edərək, məharətlərini göstəriblər. Təbii ki, Zabit Nəbizadə müəllim olaraq qiymətləndirməsini də edib.
Bundan başqa, Xatirə İslam həyat yoldaşı ilə birlikdə aparıcı Zaur Nəbioğlunun suallarını cavablandırıb. Söhbət əsnasında həyat yoldaşı Fəxrəddin bəyin gözəl səsi olduğu da məlum olub. Övladı Emillə bağlı danışan valideynlər bir çox sirrləri açdılar. Həmçinin Fəxrəddin bəy ilk dəfə bu qədər səmimi olduğunu etiraf edərək Xatirənin bir neçə mənfi cəhətini söyləyib: "Bizim davamız hər zaman adətən onun sevmədiyim bu hərəkətinə görə düşür".
Onların davası nəyə görə olur?
O, Xatirəni dediyi hansı sözə görə günahlandırdı?
Həyat yoldaşı hansı müğənniləri bəyənir?
Onun fikrincə Xatirə necə bir ifaçıdı?
Xatirənin həyat yoldaşı daha hansı açıqlamaları etdi?
Bütün bunları izləmək istəyirsinizsə, bu axşam saat 21:00-da Lider TV-də "Rəngarəng" verilişini qaçırmayın.
Verilişin informasiya dəstəyi Milli.Az internet xəbər portalıdı.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.








