“Vanlı Kara Haydar”ın arvadı da saxlanıldı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sosial şəbəkələrdə "Vanlı Kara Haydar" adı ilə tanınan Mehmet Fatih Tançalanın həyat yoldaşı, fenomen Çağla Öz də saxlanılıb.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Mehmet Fatih Tançalan ötən həftə baş tutan toy mərasimində həyat yoldaşına taxdığı külli miqdarda qızıl, pul və digər zinət əşyaları ilə gündəmə gəlmişdi.
Bundan sonra onun barəsində "Türk millətini, Türkiyə Cümhuriyyəti dövlətini, dövlətin qurum və orqanlarını aşağılama" ittihamı ilə araşdırma başlanıb. Daha sonra Mehmet Fatih Tançalan "cinayətdən əldə edilən əmlak dəyərlərini yuma" ittihamı ilə həbs olunub.
İstintaq çərçivəsində Çağla Özün də saxlanıldığı bildirilib. Fenomen qadın həyat yoldaşının saxlanılmasından sonra sosial media hesablarını bağlayıb.
Van Cumhuriyet Başsavcılığı cütlüyün əmlakının araşdırılması üçün Mali Suçları Araşdırma Kuruluna (MASAK) müraciət edib. Araşdırma zamanı onların dəbdəbəli həyat tərzi, sosial media paylaşımları və toy mərasimində nümayiş etdirilən böyük məbləğdə qızıl, xarici valyuta və nağd pulun mənbəyi araşdırılır.
Mehmet Fatih Tançalan isə məhkəmədə verdiyi ifadəsində sosial mediada polis əməkdaşlarının yanına gedərkən çəkilən görüntülərə də münasibət bildirib. O, polislərə təşəkkür etmək məqsədilə onların yanına yaxınlaşdığını və heç bir halda əməkdaşları təhqir etmək və ya qurumu aşağılamaq niyyətində olmadığını deyib.
Toyda taxılan qızıllarla bağlı da açıqlama verən Tançalan onların tanıdığı zərgərdən kirayə götürüldüyünü bildirib. Onun sözlərinə görə, toy mərasimindən sonra həmin qızıllar zərgərə geri qaytarılıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Məşhur ulduzların səhnəyə çıxmazdan əvvəlki qəribə vərdişləri
-
Nəvainin həbsdən sonra ilk görüntüsü - (Foto)
-
Çingiz Abdullayev: "Nailə xanımı 40 il əvvəl atam sevirdi, indi də mən sevirəm" - (Video)
-
"Dikkat bebek var"ın aktyoru illər sonra - (Foto)
-
"Bu, ölülərin, şeytanın bayramıdır" - Nadir Qafarzadə
-
Rəşad İlyasov Faiq Ağayevi tənqid etdi
XƏBƏR LENTİ
-
Evdən avtomobillə çıxanların nəzərinə
-
Kasıblıq tələsi yaradan 4 cümlə: Psixoloqlardan maliyyə xəbərdarlığı
-
Smartfon Wi-Fi-ya qoşulduqda belə gigabayt "yeyir": dayandırmağın yolu
-
Qəhvəyə 1 çay qaşığı əlavə edin: Şəkəri əvəz edir, arıqlamağa kömək edir
-
Evli kişilərin tualetdə uzun müddət qalmağının səbəbi
-
Məşhur ulduzların səhnəyə çıxmazdan əvvəlki qəribə vərdişləri
-
Süni intellektə bu sualı verməyin - nəticəni oxuyan xəstəxanaya qaçır
-
Şabalıd soyarkən çətinliyə son: Küçə satıcılarının gizli fəndı
-
İran ABŞ ilə danışıqlar üçün 7 günlük plan təklif edib - Əraqçi
-
Koronavirus yenidən yayılmağa başlayıb - (Video)
-
Qurban Bayramov vəfat etdi
-
Günün qoroskopu: Keçmişdə verdiyiniz bəzi qərarlar bu gün öz təsirini göstərəcək
-
Bərdədə ağır qəzada həlak olan iki dostun fotosu
-
Sabah Şəkidə qaz olmayacaq
-
Bütün sərnişinlərin öldüyü qəzanın səsyazısı yayıldı - (Video)
-
“Amay” Ticarət Mərkəzinin damı təhlükə saçır - (Video)
-
Dövlət Baxçalıya ağır itki üz verdi
-
Təyyarə havaya qalxmazdan əvvəl alovlandı - (Video)
-
Rusiyanın Zaporojyeyə hücumu nəticəsində 18 nəfər həlak olub
-
Nəvainin həbsdən sonra ilk görüntüsü - (Foto)
-
55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi - (Video)
-
Bəzi ərazilərdə işıq olmayacaq - Yenilənib
-
Əli Məmmədova vəzifə verildi
-
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək





