Şou-biznes

Məşhur aktrisa 50 milyonluq toyu tənqid etdi: "Onlar zibil kimidir"

30 İyun 2025 19:00
Baxış: 451
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məşhur aktrisa Şarliz Teron milyarder Ceff Bezos və jurnalist Loren Sançesin toyunu tənqid edib.

Milli.Az bu barədə "Page Six" jurnalına istinadən xəbər verir.

Teron 50 milyon dollara başa gələn toy haqqında "Block Party" xeyriyyə tədbirində danışarkən istehza ilə qeyd edib: "Bu qaladakılar Bezosun toyuna dəvət edilməyən yeganə insanlardır". 

Zalda gülüş sədaları yüksələndə isə əlavə edib: "Dəvət almadığınıza görə heç özünüzü pis hiss etməyin. Olsun. Çünki onlar zibil kimidirlər, biz isə mükəmməlik. Dünya sözün əsl mənasında yanarkən (bu şişirtmə deyil) bura gəldiyiniz üçün təşəkkürlər".

Aktrisa çıxışını "Yenicə evlənənlər cəhənnəmə getsin" sözləri ilə tamamlayıb.

Qeyd edək ki, Bezos və Sançesin toyu 26-28 iyun tarixlərində Venesiyada baş tutub. Cütlük İtaliyaya getməzdən əvvəl ABŞ-da artıq evlənib.  Tədbirə ABŞ prezidenti Donald Trumpın qızı İvanka Trump və əri Cared Kuşner, Opra Uinfri, Bill Qeyts, Leonardo Di Kaprio və digərləri daxil olmaqla 200 nəfərə yaxın məşhur və iş adamı dəvət edilib./qaynarinfo.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.