Şou-biznes

"Pozğun qadınlardan pul qazanan ərlər susur"

25 İyun 2025 19:33
Baxış: 570
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Hər kim nə danışırsa, onu qınayırlarsa, qınayanlar yox, özü günahkardır. Sən özünü qınaq obyektinə çevirirsən. Çıxanda ədəbli danışın. Ən çox da qadınlara aiddir. Qadınlığınıza hörmət edin. Ağzınıza gələni danışmayın. Qadın adının yanına ləkə çəkirsiniz. Sözü ağzından dartıb çıxartmırlar axı, özün danışırsan".

Milli.Az xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə "Xəbərin var?" verilişində danışıb. Müğənni qasdınlardan və sosial şəbəkələrdən danışıb:

"Sosial şəbəkələrdə biabırçı hal yaşanır. Bu kişilər hara baxır? Ərin yoxdursa, atan, qardaşın, qohumun var. Kimsə səni kənardan görür. Gəlib səni ayıltsın ki, nə edirsən? Bəzi qadınların hərəkətindən ata, qardaş, ər də pul qazanır. Pozğun kimi özünü təqdim edən qadınlardan pul qazanırlar deyə susurlar. Pul bir çox şeyi bağlayır. Səsi kəsir, gözü bağlayır". (Axşam.az)

 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.