Şou-biznes

Hollivud ulduzunun əkizləri oldu

12 May 2025 09:43
Baxış: 1 007
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aktrisa Ember Hörd yenidən ana olub.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, "Aquaman" filminin məşhur ulduzu əkiz uşaqlar dünyaya gətirib.

O, bu barədə sosial şəbəkə hesabında paylaşaraq bir oğlan və bir qız uşağı olduğunun müjdəsini verib:

"Çoxillik arzuma çatdım. Böyük ailəyə sahib oldum. Qızımın adı Aqnes, oğlumun isə Ouşen olacaq".

Xatırladaq ki, Ember Hördün ilk övladı olan qızı Una Paycı 4 il əvvəl surroqat ana vasitəsilə dünyaya gətidiyi bildirilirdi. Hörd 2015-2017-ci illərdə Conni Depplə ailəli olub.

Musa
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.