Şou-biznes

Dostunun dəfn mərasiminə gedə bilmədi - FOTO

16 Mart 2025 14:39
Baxış: 651
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aktyor İlker Aksum yaxın dostu Şinasi Yurtseverin dəfn mərasiminə qatıla bilməyib.

Milli.Az bildirir ki,  Kappadokiyada "Siyah kalp" serialının çəkilişində olan sənətçi işə görə cənazəyə gedə bilmədiyini deyib:

"53 yaşım var, 35 ildir bu sahədəyəm, ilk dəfədir işimdən gileylənirəm. Bu gün yaxın dostumun dəfn mərasimi var, amma mən gedə bilmirəm. Çünki ora getsəm, bu həftə yayım olmayacaq və 150 nəfər pul ala bilməyəcək. Nə deyim? Şinasi, məni bağışla qardaşım".

Qeyd edək ki, Ş. Yurtsever xərçəngdən dünyasını dəyişib.

Onunda xatırladaq ki, İ. Aksum mərhumla "Yabancı damat"da birgə rol almışdı. /Olay.az

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.