07:46
Sosial şəbəkələrdə bir zamanlar "Space TV"də yayımlanan "Banu" verilişinin aparıcısı Günel Həsənzadənin ölüm xəbəri yayılıb.
Milli.Az xəbər verir ki, "manset.az" saytı hazırda Türkiyədə yaşayan Günel Həsənzadə ilə əlaqə saxlayıb.
"Narahat olmayın, hər şey yaxşıdır. Yayılan xəbər yalandır. Elə bir şey yoxdur. Ölən insanla yəgin mənim ad soyadım eynidir. Ölən hər kimdirsə, Allah rəhmət eləsin. Narahat olanlara da demək istəyirəm ki, Allah razı olsun məni unutmamısınız, axtarırsınız, narahatsınız. Allaha əmanət olun", - Günel bildirib.
Qeyd edək ki, Günel Həsənzadə ailə həyatı ilə əlaqədar 2023-cü ildən Türkiyəyə köçüb.
----------
06:31
Bir müddətdir efirdən uzaqlaşan "Banu" Günel adı ilə tanınan aparıcı Günel Həsənzadənin ölüm xəbəri yayılıb.
Milli.Az xəbər verir ki, onun Londonda müalicə aldığı xəstəxanada dünyasını dəyişdiyi iddia olunub.
Saytın əldə etdiyi məlumata görə aparıcı uzun zamandır Almaniyada xərçəng xəstəliyindən müalicə alır.
O, bir neçə gün öncə müalicəsini davam etdirmək üçün Londona yollanıb.
Günel Həsənzadənin vəfat etməsi ilə bağlı deyilənlər öz əksini tapmayıb.
Yaxınları ölüm xəbərini yalanlayıblar. (Azxeber.com)
Milli.Az