Axtarışa verilən meyxanaçıdan xəbər var: “10 ildən çoxdur ki...”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Vahid Qədim artıq 10 ildən çoxdur Rusiyada yaşayır. Mən onunla Rusiyada görüşmüşəm. Amma konkret hansı şəhərdə olduğunu deyə bilmərəm. O şəhərdən bu şəhərə gedir. Hara dəvət gəldi orada qalır. Vəziyyəti də, səhhəti də yaxşıdır. Deyirlər ki, guya axtarışa verilib. Bu haqda məlumatım olmadığı üçün heç bir söz deyə bilmərəm. Nəsə bir problemi varsa da o mənlik deyil. Bizim bu haqda heç bir danışığımız, söhbətimiz də olmayıb"
Bunu Moderator.az-a açıqlamasında müğənni Samirə Yusifqızı deyib. O daha sonra əlavə edib:
"Rusiyaya ancaq pul qazanmaq üçün gedirlər. Orada fəaliyyət, sənət göstərmək heç kimə lazım deyil. Bizim oradakı fəaliyyətimiz kimə lazımdır ki? Düzdür, var orada bəzi yerlərdə studiya falan. Amma bizim sənətimizi Azərbaycanda tanıyırlar. Vahid Qədim də məcburiyyətdən oradadır. Ona görə də məclislərə gedib pulunu qazanır. Həyatdır da. Hər kəs başını bir cür saxlayır. Hamımız o gündəyik də. Çörək pulundan ötrü çöllərə düşmüşük. Vahid Qədimin özünəməxsus tərzi var idi. Əlbəttə ki, yeri görünür" deyə müğənni bildirib.
Samirə Yusifqızı bildirib ki, meyxana aləmində hər kəsin öz yeri var:
"Bəziləri deyir ki, bu gün meydan boş qalıb. Mən deməzdim ki, meydan boşdur. Düzdür, Allah Rəşad Dağlının qapısını açsın. O yenə də qayıdıb işinin başına gələcək. Rəşad əjdahadır, yırtıcıdır. İnsanlara güc-bəla ilə deyə bilməzsən ki, ona qulaq asma, buna qulaq as. Əgər onlar qəbul edirlərsə deməli normal sənətçidir. Camaatın zövqünü tənqid etmək olmaz ki. Belə istəyirlərsə qoy belə də olsun. Allah hər kəsin ruzisini versin. Zaman keçdikdə cavanlar meydana gəlir. Çoxu da maşallah istedadlı və savadlı meyxanaçılardır. Zövqlər də yenilənməlidir. Əlbəttə ki, gənc nəsil qabaqda getməlidir. Yaşlı nəsil də onlara yol verməlidir, daha durub şikayət etməli deyil" deyə müğənni bildirib.
Qeyd edək ki, meyxanaçı bir neçə il bundan əvvəl axtarışa verilmişdi.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Məşhur ulduzların səhnəyə çıxmazdan əvvəlki qəribə vərdişləri
-
Nəvainin həbsdən sonra ilk görüntüsü - (Foto)
-
Çingiz Abdullayev: "Nailə xanımı 40 il əvvəl atam sevirdi, indi də mən sevirəm" - (Video)
-
"Dikkat bebek var"ın aktyoru illər sonra - (Foto)
-
"Bu, ölülərin, şeytanın bayramıdır" - Nadir Qafarzadə
-
Rəşad İlyasov Faiq Ağayevi tənqid etdi
XƏBƏR LENTİ
-
Qəhvəyə 1 çay qaşığı əlavə edin: Şəkəri əvəz edir, arıqlamağa kömək edir
-
Evli kişilərin tualetdə uzun müddət qalmağının səbəbi
-
Məşhur ulduzların səhnəyə çıxmazdan əvvəlki qəribə vərdişləri
-
Süni intellektə bu sualı verməyin - nəticəni oxuyan xəstəxanaya qaçır
-
Şabalıd soyarkən çətinliyə son: Küçə satıcılarının gizli fəndı
-
İran ABŞ ilə danışıqlar üçün 7 günlük plan təklif edib - Əraqçi
-
Koronavirus yenidən yayılmağa başlayıb - (Video)
-
Qurban Bayramov vəfat etdi
-
Günün qoroskopu: Keçmişdə verdiyiniz bəzi qərarlar bu gün öz təsirini göstərəcək
-
Bərdədə ağır qəzada həlak olan iki dostun fotosu
-
Sabah Şəkidə qaz olmayacaq
-
Bütün sərnişinlərin öldüyü qəzanın səsyazısı yayıldı - (Video)
-
“Amay” Ticarət Mərkəzinin damı təhlükə saçır - (Video)
-
Dövlət Baxçalıya ağır itki üz verdi
-
Təyyarə havaya qalxmazdan əvvəl alovlandı - (Video)
-
Rusiyanın Zaporojyeyə hücumu nəticəsində 18 nəfər həlak olub
-
Nəvainin həbsdən sonra ilk görüntüsü - (Foto)
-
55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi - (Video)
-
Bəzi ərazilərdə işıq olmayacaq - Yenilənib
-
Əli Məmmədova vəzifə verildi
-
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
-
Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var
-
Holand Ronaldunu kölgədə qoydu
-
Çingiz Abdullayev: "Nailə xanımı 40 il əvvəl atam sevirdi, indi də mən sevirəm" - (Video)





