Şou-biznes

“Heç doyunca çəkib izləyə bilmədik...” - FOTO

26 Fevral 2025 14:42
Baxış: 869
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir neçə gün öncə yayımı dayandırılan "Şakir Paşa Ailesi: Mucizeler ve Skandallar" serialında "Sümbül" obrazına həyat verən aktrisa Helin Kandemir açıqlama verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 20 yaşlı aktrisa qərara görə çox kədərləndiyini bildirib.

"Hazırda nəsə demək düzgün deyil. Hüquq çərçivəsində mübarizə davam edir. Gözləyirik, fasilə vermişik. Heç kim heç nə deməyib. Aidiyyəti şəxslər bütün öhdəliklərini yerinə yetirirlər. Təbii ki, çox kədərliyik. Çox gözəl işimiz var. Doyunca izləmək və çəkmək nəsib olmadı", - deyə Kandemir söyləyib.

Xatırladaq ki, "Şakir Paşa Ailesi: Mucizeler ve Skandallar"da haqqında bəhs edilən, xalq arasında "Halikarnas balıkçısı" kimi tanınan rəssam-yazıçı Cevat Şakir Kabaağaçlının nəvələri ailə hekayəsinin təhrif edildiyini deyərək ekran işinin dayandırılması üçün məhkəməyə müraciət etmişdi. Məhkəmə cəmi 7 bölümdən sonra serialın yayımdan çıxarılması ilə bağlı qərar verib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.