“Ağrıdan bükülsə də edəcək” - Leyla Azərdən yazdı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Neçə vaxtdır ürək eləmirdim yazmağa. Hamı yazdı, sağollaşdı. Əlim gəlmirdi bəlkə də vida mətni yazmağa. Özü də Azər haqqında...".
Milli.Az xəbər verir ki, bu sözləri aparıcı Leyla Quliyeva mərhum aktyor Azər Baxşəliyevlə bağlı paylaşımımda yazıb. O, sözlərinə belə davam edib:
"Yazacaqlarım əslində Azəri tanıyanlar üçün deyil, daha çox tanımayanlar üçün, onu sadəcə ekrandan görənlər üçündür. Heç kim əvəz olunmur. Kimsə kiminsə yerini vermir. Yaraların da hamısı sağalmır. Sadəcə qəbullanırsan: çarəsizlikdən, heç nəyi dəyişə bilməyəcəyini anladığından. 40 gün yox, lap 40 il keçsə də gözün axtarır. Telefondan nə adını silirsən, nə yazışmanızı. Bir neçə gün əvvəl kanalımızın vatsap qrupuna gələn paylaşımı oxuyanda Azərin adını qrup üzvlərinin içində gördüm. O qrupda Azər yenə bizimlədir. Otaqda da. Söhbətlərimizdə də. Ürəyimizdə də...
Hər şeyi bir kənara, Azər insan idi. Tanıdığım ən təmiz, nəcib, saf, gözütox, dürüst və mədəni 5 nəfərdən, bəlkə də 3 nəfərdən biri idi o. Sevinirəm ki, heç olmasa bir neçə ümumi işimiz oldu. Onu həm də son dərəcə istedadlı, maraqlı bir müəllif kimi tanıdım. Çox məsuliyyətli, dəqiq adam idi Azər. Dedisə - edəcək! Xəstəxanada olsa da, saysız-hesabsız müayinə, müalicə, iynə-dərmanlar onu haldan salsa da, ağrıdan ikiqat bükülsə də edəcək! Sözünün ağası, ağsaqqalı idi. Özü də bu, təkcə "qonorarlı" layihələrə aid deyildi. Təmənnasız, "xahiş"lə olan işlərə bəlkə də daha artıq həssaslığı var idi. Dost idi Azər. Bacarırdı, bilirdi dost olmağı. Bunu ən yaxın dostlarından, onların ağrısından da gördüm. Azərin yadigarlarına etdikləri o "Əmi payı"ndan da... Züleyxadan danışanda xoşbəxt olurdu Azər. Üzü, gözləri gülürdü. Elə indi də hamının üzünü güldürən təsəllidir o balaca qız. Bir də Azərin xanımı, həyat yoldaşı, dostu... Tək özünün yox, Azərin də arzularını gerçəkləşdirmək üçün nə lazımsa, edəcək. Əminəm. O, ikinəfərlik missiyanı tək yerinə yetirəcək. "Tək Ananın böyütdüyü qız" olmağın çətinliyindən də, məsuliyyətindən də, qürurundan da xəbərdardır. Xəbərdaram!...
Bu qədər, Azər! Nə siz bizə qonaq gəldiniz, nə biz sizə. Heç o söz verdiyin "kofe"ni də içmədik. Eybi yox, geci-tezi var. Bir gün mütləq görüşəcəyik. Ruhun şad olsun, Azər! Hələlik!". /Axşam.az
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"2 gün ac qalırdım, amma heç kimə əyilmirdim" - Elgiz Əkbər
-
Flora Kərimova: "Afət Fərmanqızı ilə barışmamışam"
-
Alim Qasımov Üzeyirə : “Yazdığın mahnı çox xoşuma gəldi” - (Video)
-
Elariz oğlu və nəvəsi ilə - (Foto)
-
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
-
Kardaşyanda atasının ölümünə səbəb olan xəstəlikdən aşkarlandı - (Foto)
XƏBƏR LENTİ
-
Ermənistanda sabiq nazir məhkəmədən xərəkdə çıxarıldı - (Video)
-
Bakıda üç uşaq anası marketdə əri tərəfindən döyüldü - anbaan (Video) - Yenilənib
-
"2 gün ac qalırdım, amma heç kimə əyilmirdim" - Elgiz Əkbər
-
Azərbaycanda 160 manata torpaq sahəsi satılır
-
Bakıda səs-küy yayan daha bir restorandan şikayət - (Video)
-
Flora Kərimova: "Afət Fərmanqızı ilə barışmamışam"
-
Elvin uzun müddət sonra - (Video)
-
Alim Qasımov Üzeyirə : “Yazdığın mahnı çox xoşuma gəldi” - (Video)
-
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
-
Evində uşaqlara dərs keçmək üçün şəraiti olanların diqqətinə!
-
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
-
Nobel mükafatının məbləği artırıldı
-
“Qarabağ” "Şəfa"ya, "Neftçi" "Qəbələ"yə qalib gəldi
-
Kadırovun oğlu səs verdikdən sonra “ləzginka” oynadı - (Video)
-
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
-
Yevlaxda üç avtomobil toqquşub, sürücü xilas edilib - Yenilənib - (Video)
-
Elariz oğlu və nəvəsi ilə - (Foto)
-
“Qarabağ”ın avrokuboklardakı anşlaqı yerli liqada yoxdur: 31 minlik stadionda acınacaqlı mənzərə - (Video)
-
Ceyhun Hacıbəyli küçəsində hərəkət məhdudlaşdırılacaq
-
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
-
Gəncəsər monastırı ətrafında Ermənistanda yaradılan qalmaqalın elmi-tarixi əsası yoxdur - AMEA
-
"Arsenal" Xviça Kvaratsxeliyanı heyətinə qatmaq istəyir
-
Şamaxıda “Nəsimi Bağları” kompleksi: 120 hektarlıq ərazidə turizm və mədəniyyət məkanı
-
Paşinyan Prezident İlham Əliyevə Cənubi Qafqazda sülhə töhfəsinə görə təşəkkür edib





