Şou-biznes

Xadimə məşhur aparıcının evini soydu - Görün evdən nələr oğurlayıb

11 Fevral 2025 23:41
Baxış: 688
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tanınmış aparıcı Reha Muhtarın xadiməsi onun evindən oğurluq edib. 

Milli.Az türk mediasına istinadla xəbər verir ki, sahil mənzərəli villada uzun müddətdir xadimə işləyən əcnəbi D.S. adlı qadın villanın çıxarışını, aparıcıya aid şəxsi sənədləri və bir neçə qiymətli əşyaları oğurlayaraq qaçıb. 

Bu barədə xəbər tutan Reha dərhal şikayət edib. 

48 yaşlı qadın barəsində İstanbul Baş Prokurorluğunda istintaq başladılıb. 

Məlumat üçün bildirək ki, bundan əvvəl aparıcının keçmiş həyat yoldaşı Deniz Uğur da həmin xadimədən şikayət etmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.