Şou-biznes

Verdiyi müsahibəyə görə həbs edildi

24 Dekabr 2024 23:42
Baxış: 598
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyalı aparıcı-aktrisa Tatyana Lazareva terrora açıq şəkildə bəraət qazandırdığı üçün qiyabi olaraq 6,5 il müddətinə azadlıqdan məhrum edilib.

Milli.Az xəbər verir ki, bu barədə Moskva prokurorluğu məlumat yayıb.

Bildirilib ki, qərar Hərbi Məhkəmə tərəfindən qəbul edilib. 2022-ci ilin fevralında Rusiyanın Ukraynadakı hərbi xüsusi əməliyyatını pisləyən və ölkəni tərk edən 58 yaşlı teleaparıcı qiyabi həbs edilib və beynəlxalq axtarışa verilib.

Lazarevaya qarşı irəli sürülən maddə üzrə ən yüksək cəza 7 il müddətədək azadlıqdan məhrum etmədir. Hökm qanuni qüvvəyə minməyib və aparıcı qərara şikayət verilə bilər. /Axşam.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.