Gənc müğənni Sədəf Budaqova atasının avtomobilinə vurduğu ziyanı efirdən etiraf edib.
Milli.Az titul.az-a istinadən xəbər verir ki, müğənni efirdə bildirib ki, 3 ay öncə həyətlərində atasının avtomobili ilə bacısına sürücülüyü öyrədərkən bu vaxta kimi ailəsinin bilmədiyi bir addım atmaq məcburiyyətində qalıb.
Sədəf bildirib ki, yanında əyləşdiyi bacsının ilk avtomobil sürmək təcrübəsi zamanı ayağını qaza basıb sıxması ilə avtomobilin evə doğru sürətlə hərəkət etdiyni görüb. Bu zaman bacısının əyləcin yerini bilmədiyi üçün qəzadan xilas olmaları məqsədi ilə mühərriki birbaşa "E"yə keçirmək məcburiyyətində qaldığın deyib.
Müğənni o vaxtdan atasına məxsus bu maşının matorunun dağıldığınıaçıqlayıb. Müğənni maşının matorunun dağılmasına görə özünün günahkar olduğunu ilk dəfə efirdə açıqlayıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun