Şou-biznes

“Camaat şəhərin mərkəzində qayıqla gəzir”

22 Oktyabr 2024 22:31
Baxış: 473
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Yağış, sel, su, hər yer bataqlıq, camaat şəhərin mərkəzində qayıqla gəzir, yollar bağlanır, tıxaclar yaranır, maşınlar batır, ev, idarə uçur, kommunal - su, qaz, işıq olmur, hətta insan da ölür və biz bunu anlayırıq da".

Milli.Az olay-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Samir Bayramlı sosial şəbəkə hesabında yazıb.

Samir ötən axşamdan yağan aramsız yağışın paytaxt sakinlərinə yaşatdığı çətinlikdən söz açıb.

"2024- cü ildə bu şəraitdə belə məcbur necəsə yolu azca nəsə keçəndə ( oda məcbur yol yoxdur, bağlıdır və sairə) cərimə 3-5 dəqiqə sonra səndədir. Vəziyyət bəllidir də.. Ən azı arada da olsa insanları başa düşün. Bilirəm onsuzda xeyri yoxdur. Ödəyəcəyəm məcbur həmişəki kimi... Sadəcə dedim də", - deyə S.Bayramlı paylaşdığı postda yazıb. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.