Şou-biznes

Coli repçi ilə sevgili olması şayiələrini qızışdırıb

19 Oktyabr 2024 20:48
Baxış: 353
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hollivud ulduzu Ancelina Coli britaniyalı repçi Akala ilə eyni tədbirlərdə "təsadüfən" görünməyə davam edir.

Milli.Az axşam.az-a istinadən bildirir ki, reper britaniyalı həmkarı Şanel Neuman ilə uzun illərdir münasibətdədir. Ancaq Coli bunu özünə problem etmir.

Şayiələrə görə Ancelina musiqiçi ilə eşq yaşayır. Onlar bütün boş vaxtlarını birlikdə keçirilər. Akala yeni filmi "Mariya"nı təqdim etdiyi BFI London Film Festivalında aktrisanı dəstəkləyib. Hətta onların bənzər geyimi də müzakirələrə səbəb olub. 

Qeyd edək ki, avqustun sonunda aktrisa Akalanın müşayiəti ilə Venesiya festivalına da qatılıb. Oktyabrın əvvəlində isə Nyu-Yorkda Ancelina moda markası üçün keçirilən tədbirdə birlikdə şəkil çəkdiriblər. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.