Şou-biznes

"35 övladım var" - 30 ildir yoxa çıxan tanınmış azərbaycanlı qadın müğənni - VİDEO

17 Oktyabr 2024 00:04
Baxış: 2 072
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bir zamanlar məşhur olan "7-17" mahnı müsabiqəsinin yetirmələrindən olmuş Gülnarə Kərimbəyova (Gülya Bakinskaya) MTV telekanalında yayımlanan "Solo star" verlişində iştirak üçün qatılıb.

Milli.Az parol.az-a istinadla xəbər verir ki, onun hazırda marketdə işçilərə yemək hazırlayıb, ailəsini dolandırdığını deməsi münsifləri və aparıcını təəccübləndirib.

Gülnarə Kərimbəyovanın marketdə çalışdığı ilə bağlı açıqlamasının ardından dedikləri daha da təəccüblə qarşılanıb:

"35 övladım var, onları yedizdirirəm".

Aparıcı maraqla "35 övladınız var?" deyə sorduqda, müğənni marketdə yemək hazırlayıb verdiyi kollektiv üzvlərini nəzərdə tutduğunu bildirib.

Ətraflı videoda:

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.