Şou-biznes

"Belə şeylər mənə "vız gələr""

10 Oktyabr 2024 17:47
Baxış: 408
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün "Rəngarəng" verilişində qonaq olan Vəfa Şərifova qalmaqal yaşadığı həmkarı Afət Fərmanqızını məhkəməyə verdiyini açıqlayıb.

Milli.Az bildirir ki, məsələ İlə bağlı azxeber.com- a danışan Afət Fərmanqızı həmkarının bu addımını ciddiyə almadığını bildirib.
 
Afət, məhkəmə olarsa, bundan narahatlıq duymadığını dilə gətirib:
 
"Mən dünya şöhrətli Flora xanım ilə mahkəmələr görmüş insanam. Qaldı ki, Vəfaya, o, və onun kimilər mənim üçün çox xırda məsələdir. Onun üçün zaman itirib açıqlama verməyə belə dəyməz. Ona görə də belə şeylər mənə "vız gələr"". 
 
Müğənni bildirib ki, bu Vəfanın növbəti reklam oyunudur:
 
"Hətta ona yaxın adamlar mənə zəng edib bildirdilər ki, bu efirdə reklam xatirinə elə-belə deyilmiş sözdür. Heç bir məhkəmə falan yoxdur. Mən də dedim ki, guya olsa nə olacaq ki? Buyursun versin, heç bir problem yoxdur".
 
Daha sonra müğənni qalib olduğu məhkəmənin sənədini redaksiyamıza təqdim edib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.