Şou-biznes

"O filmdə tütək erməni aləti kimi təqdim edilib" - FOTO

27 Sentyabr 2024 08:17
Baxış: 447
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bayaq bir film izlədim 2022-ci ildə çəkilib. İtalyan filmidir, adı: "Allahın rəsmini çəkən adam". 

Film real hadisələr əsasında çəkilib. Filmdə dünyaca məşhur aktyor Kevin Speysi də rol alıb. Diqqətimi əsas çəkən məqam kor olan baş qəhrəman 1 saat 50 dəqiqəlik filmdə ara-ara tütək çalır və filmin sonuna kimi bunu edir. Onun evində qalan afrikalı balaca qız soruşanda ki, bu nədir? Sən hansı alətdə ifa edirsən?Cavab verir ki, bu alətin adı düdükdür və bu qədim erməni musiqi alətidir". 

Milli.Az olay-a istinadən bildirir ki, bu sözləri aparıcı Samir Bayramlı sosial şəbəkə hesabında yazıb. 

Televiziya ulduzu bildirib ki, milli PR bütün dünyada yetərincə aparılmır: 

"Əslində, o musiqi aləti tütəkdir və qədim Azərbaycan musiqi alətidir. Nəzərə alsaq ki, film bütün dünyada milyonlarla insana çatıb, hər yerdə izlənilib, izlənəcək də və bu tarixdə də qalacaq, deməli, biz belə kiçik görünən və əslində isə bütün dünyada çox böyük anlamı olan milli PR-larda çox geridəyik. Təəssüf ki, bir çox hallarda bizim olanı elə bizim tanıtmaq metodumuz çox yanlışdır".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.