Şou-biznes

"Ağsaqqal" donor axtarır

16 Aprel 2024 08:14
Baxış: 1 484
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"İllərdir böyrək çatışmazlığından əziyyət çəkirəm. 2020-ci ildə xəstəliyim ağırlaşdı və böyrəklərimin ikisi də sıradan çıxdı. Həmin vaxt anam məni ikinci dəfə dünyaya gətirdi. Donor oldu və böyrəyinin birini mənə verdi. Amma yenə də böyrək problemim var".

Milli.Az axsam.az-a istinadən xəbər verir ki, bu sözləri "Ağsaqqal" obrazı ilə tanınan aktyor Azər Baxşəliyev "Qapqara" verilişində deyib.

O, hazırda donor axtardığını bildirib:

"Hazırda səhhətimin pis olmasını bacardığım qədər biruzə verməməyə çalışıram. Amma efirdən görünür. Hazırda donor axtarışındayam. Tapıldıqdan sonra qarşıdakı aylarda əməliyyat olunacağam. Əvvəllər donor olmaq üçün qohum olmaq lazım idi, indi isə belə bir şey yoxdur".

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.