Şou-biznes

Dilarə Əliyeva toylara aparıcı kimi getməməsinin səbəbini açıqladı

14 Aprel 2024 08:26
Baxış: 969
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mən söz adamıyam. Mənim üçün söz tapılmış bir nemət, dür, zər cəvahiratdır".

Milli.Az axsam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Dilarə Əliyeva "Göstərir radio" proqramlıda qonaq olarkən deyib.

Aktrisa ilk dəfə niyə toy aparıcılığı etməməsinə aydınlıq gətirib: 

"Mənim qarşımda yemək-içmək olduğu halda mütləq mənada daha çox yeməyə üstünlük verəcəyəm, diqqətim orada olacaq. Söz özü də ayrılıqda nemətdir. İki neməti bir araya sığışdırmaq olmaz. Cüneyt Arkının (red. - türkiyəli aktyor) bu yaxınlarda bir müsahibəsi keçdi əlimə. Deyir ki, mənim atam həyatda hər şeyə öz dəyərini verən adam idi. Musiqi ilə yeməyi eyni vaxtda etməzdi. Söyləyirdi ki, yeməyi ayrıca yeyim, musiqiyə də ayrıca qulaq asım, bu iki ləzzəti bir-birinə qarışdırmayım. Mən də o iki neməti bir-birinə qarışdıra bilmərəm. Mən söz danışım, o uçub-getsin havaya, kimsə orada dana basdırma yesin, kofe içsin. Heç bir maddiyyət mənim üçün sözdən o yana deyil". 

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.