Şou-biznes

"Gərək yersiz danışasan ki, seviləsən"

10 Aprel 2024 21:40
Baxış: 782
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Oxumaq indi çox çətindir. Gözəl sənətdir, amma məsələ odur ki, yaxşı oxuyub məşhur olmaq üçün gərək yersiz, çox danışasan ki, seviləsən. Burada başqa-başqa yollar var".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri Xalq artisti Zaur Rzayev "7 Tamam" verilişində deyib. Sənətçi hazırda səsi olmayanların məşhur olduğunu bildirib:

"Yalan ayaq tutar, amma yeriməz!". Təsəvvürünüzə gətirin ki, səsi olmayanlar dəbdədir. "Do", "sol" səsi olanlar çox məşhurdurlar, buna musiqi dilində kvinta deyirlər. Amma gözəl muğam oxuyan uşaqlarımız var. Qarğanın, bülbülün də səsi var. Allah insana da səs verib, amma bu o demək deyil ki, hamı oxumalıdır. Bizdə isə səsi olan da, olmayan da oxuyur. Bir axara düşüb gedirlər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.