Şou-biznes

"Faytonçu" Nazimin yeni biznesi - "İnsan mədəsi..." - VİDEO

9 Aprel 2024 10:11
Baxış: 1 555
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Faytonçu" ləqəbi ilə şou-biznesdə məşhurlaşan müğənni Nazim Pişiyarı yeni biznesə başlayıb.

Milli.Az bizim.media-ya istinadən bildirir ki, sənətçi bu haqda qonaq olduğu "7 tamam" verilişində danışıb.

Nazim bildirib ki, şəhərin mərkəzində çörək bişirilən sex açıb. Orada hazırlanan un məmulatları fransız və italyan üsulu ilə hazırlanır:

"Bu çörəklər mayasız hazırlanır. Pendirli, pomidorlu, sarımsaqlı, zeytunlu, qarabaşaq, günəbaxan tumlu, balqabaq tumlu çörəklər mövcuddur. Mayasız olduğundan bu çörəkləri yeyəndə insan mədəsi köpmür və ağırlıq vermir. 

Çörəkdən başqa mağazada müxtəlif növ kruassanlar, baqetlər, sendviçlər və burqerlər də var".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.