Xalq artisti: “Bunlar elə bilirlər ki, prodüserlik “baboçka” taxıb sonda səhnəyə çıxmaqdır!” - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"O adımdan, sanımdan qorxmayıb, qışqıra-qışqıra, xətrimə dəyərək mənimlə vuruşdu"
"Çəkildiyim bütün filmləri, serialları başa vurmuşam. "Alatava"-da çəkildim. Düzdür, Stanislavski deyib ki, "rolun böyüyü-kiçiyi yoxdur". Amma mənim üçün böyüyü də var, kiçiyi də. Mən burada kiçik bir rolda oynadım, 3-4 seriyada varam. Əlixan Rəcəbovla bu rola bir çalar verə bildik. Komediyada öz obrazımın faciəsini də göstərə bildim. Bu xoşuma gəldi. Cəfər Cabbarlıdan qaynaqlanıb bir ssenari yazıblar, Almaz yəni "Vətəndaş-A". Bu serialın da hazırda montaj işləri gedir. Burada da mən məktəb direktoru rolunu oynayıram. Bu rolumdan, mən yaşda adamın gənc rejissorla mübahisələrindən danışmaq istəyirəm. O nəticədə mənim oyun tərzimi dəyişdirə bildi, buna nail oldu. Qışqıra-qışqıra, xətrimə dəyə-dəyə buna nail oldu. Bu gənc rejissor Elvin Rüstəmzadə idi. Çox xoşuma gəldi ki, o adımdan, sanımdan qorxmayaraq vuruşa-vuruşa məni yolumdan döndərə bildi. Əgər rejissor aktyoru əzizi kimi çox istəmirsə onda heç nə alınmır. Bu Elvinlə mənim 3-cü işim idi. Bizimki alınır. Mən ona oğlum deyirəm, o mənə dədə deyir. Sonuncu işimizdən çox xoşum gəldi"
Milli.Az bildirir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti Şamil Süleymanlı deyib. O daha sonra gənclərə dəstək olduğunu bildirib.
"Gəncləri pisləməyin adı yoxdur. Hikmər Rəhimov, Azər Aydəmir, Qorqud Cəfər, Fərhad Səmimi kimi aktyorları necə pisləyə bilərəm? Əjdahadırlar! Həvəslə izləyirəm, sevə-sevə! Mən onlardan da öyrənirəm! Böyük məmnuniyyətlə mən Hikmət Rəhimovun çəkdiyi "Apatiya" filminə baxardım. Heyf ki, o məni dəvət etmədi. O uşağın öz aləmi var. Biri də var ki, deyir ki, "hamı çəkilir qoy mən də çəkilim, həvəsim var". Bax biz bunların əlində qalmışıq. Bunlar elə bilirlər ki, prodüsser babıçka taxıb sonda səhnəyə çıxmaqdır! Xeyr! Bu tamam başqa şeydir. Onlar ulduz xəstəliyinə tutulublar. Elə bilirlər ki, oxumasalar da aktyordurlar. Filmlərə baxıb özlərini kiməsə oxşatmaqla aktyor olmurlar" deyə sənətkar bildirib.
Xalq artisti Şuşaya gedib-gəldiyini də bildirib.
"Doğma diyarım Şuşaya gedib-gəlirəm. QAÇQINKOM-un sədri Rövşən Rzayev hər zaman qaçqınlarla ağıllı və savadlı iş aparır. Onun qaçqınlarla birlikdə ərsəyə gətirdiyi bir sexi var. Orada üzük istehsal edir. Onun birini də mənə bağışlayıb.. Şuşanın darvazaları da oradadır, üstünə Şuşa yazılıb və üzüyün qaşı da Cıdır düzünün torpağındandır. O üzüyü barmağıma taxanda kövrəlirəm" deyə sənətkar bildirib.
Xalq artisti açıq-saçıq filmlərdən də danışıb.
"18+vəziyyətdən çıxış yolu deyil. O səhnələr təqribən qadın hamamında gedib film çəkməkdir. Beynimə girmir mənim. Kişilər söhbət edəndə belə mövzulardan danışa-danışa edirlər. Yaxşı kişilər heç söyüş də söymür" deyə sənətkar bildirib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Əsgərin atasına qovuşma anı kövrəltdi - (Video)
-
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
-
Nişan boxçasında "cadu"nu görün hara qoyublar... - (Video)
-
Süni intellekt üçüncü dünya müharibəsinə səbəb olacaq? - Ekstrasens proqnoz verdi
-
Bu dəfə kanalın bağlanmasını istəyirlər - (Video)
-
DTX Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Azərbaycanda Anım Günüdür
-
Günün qoroskopu: Sevgi həyatınız stabil görünmür
-
Kotleti qat-qat dadlı və şirəli edən ədviyyat
-
Ağsu aşırımında aktivlik artıb - (Video)
-
Paltaryuyana 1 qaşıq əlavə edin: Yuyucu vasitə xərcini yarıbayarı azaldır
-
Naxçıvanda 55 yaşlı kişi arvadını və baldızını bıçaqlamaqda şübhəli bilinir
-
Salah heyətdən çıxarıldı
-
Finlandiya 7 qolla qələbə qazandı
-
Pandemiyadan bəri evdən çıxmadılar: Ana və qızı illərlə meyitlə bir evdə yaşayıb
-
Ailəsini Rusiyadan Azərbaycana gətirə bildi, özü isə dron hücumuna məruz qaldı - (Video)
-
Akrobatlarımız dünya çempionatında qızıl medal qazanıblar - (Foto)
-
Kondisionerə görə əcnəbi müştəridən əlavə pul istəyən sürücü həbs olundu
-
Banqkok fəlakət zonası elan edildi - (Video)
-
Deputatla qalmaqal yaşayan qarpız satan işinə qayıtdı
-
“Uzak Şehir”də yeni sima - (Foto)
-
“Dedi, sir-sifətindən xeyir verənə oxşamırsan” - Deputat “qarpız məsələsi”ndən danışdı
-
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu





