Şou-biznes

İlon Maskın həyatı filmə çevrilir

12 Noyabr 2023 09:33
Baxış: 400
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Forbes"in milyarderlər siyahısında 223,8 milyard dollar sərvəti ilə birinci pillədə qərarlaşan "Tesla", "SpaceX" və "X" ("Twitter") şirkətlərinin sahibi İlon Maskın həyatı filmə çevrilir.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, filmin rejissoru kürsüsünə "Siyah Kuğu", "Bir Rüya İçin Ağıt" və "Balina" kimi filmlərin yaradıcısı olan Darren Arofonski oturacaq.

52 yaşlı amerikalı iş adamının həyatı "A24" kino və televiziya şirkəti tərəfindən lentə alınacaq.

Film Uolter İsaaksonun yazdığı və sentyabrda nəşr olunan 2İlon Maskın tərcümeyi-halı"ndan ilhamlanacaq.

İsaakson daha əvvəl "Apple" qurucusu Stiv Cobsun tərcümeyi-halını yazmışdı. Bu kitab 2015-ci ildə "Stiv Cobs" adlı filmə uyğunlaşdırılıb.

CNN-in keçmiş prezidenti və baş direktoru olan İsaakson bundan önc Henri Kissincer, Benjamin Franklin və Eynşteyn də daxil olmaqla bir sıra şəxlərin tərcümeyi-halı yazıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.