Şou-biznes

Elgizdən Əli Mirəliyevi tənqid edənlərə CAVAB: “Ağzını “skoç” layaq?”

8 Noyabr 2023 20:55
Baxış: 1 920
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aparıcı Elgiz Əkbər "Elgizlə izlə" verilişində müğənni Əli Mirəliyevin iştirakçılarla mütəmadi qalmaqal yaratması kimi hallara yol verdikləri üçün aparıcıların tənqid edilməsinə münasibət bildirib. 

Milli.Az bildirir ki, E.Əkbər Pravda.az-a açıqlamasında deyib ki, xoşu gəlməyənlər "Elgizlə izlə"yə baxmasınlar, başqa verilişlərə baxsınlar: "Əli Mirəliyev yaşlı adamdır, musiqini çox gözəl bilən insandır. Öz sahəsi ilə bağlı fikir bildirir, səsi olana deyir ki, səsin var, olmayana deyir, yoxdur. Bəyəm mən buna nə edə bilərəm? Tək mənim verilişimdə çıxış etmir. Neçə illərdir, verilişlərdə olur, ekspert kimi çıxış edir. Əli müəllim verilişdə münsiflər heyətində əyləşəndə mən hələ balaca uşaq idim. Mənim ixtiyarım çatar Əli müəllimin ağzını yumum ki, sən danışma? Bu nə dərəcədə doğru olar? Kişi fikrini bildirir də. Ağzını bağlayaq, "skoç"layaq ? Əli müəllim də verilişin bir hissəsidir. Xoşu gələn Əliyə baxsın, xoşu gəlməyən baxmasın, mən nə edim daha?" 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.