Şou-biznes

Soyadı Sərxan Sərxana Rusiyada çətin anlar yaşatdı - VİDEO

7 Noyabr 2023 15:15
Baxış: 1 261
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Sərxan Sərxan "Qurbanbəyov" soyadının ona çətinlik yaşatdığını etiraf edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu haqda müğənni "Gündən günə" verilişində danışıb. O bildirib ki, soyadına görə Rusiyada çətin anlar yaşayıb:

"Bakıdan Moskvaya gedəndə Qurbanbəyov kimi getdim. Moskvada oldum Sərxan Sərxan. Amma sənədlərdə Qurbanbəy Rəşid oğlu qalmışdım. Moskvada ilk dəfə səhnəyə çıxanda aparıcılar çaş-baş qaldılar. Onlara Qurbanbəyov soyadını dilə gətirmək çox çətin idi. Bir neçə dəfə məndən adımı soruşurdular. Dedim ki, sadəcə Sərxan deyin. Onlar isə cavabında adı soyadsız demək olmaz söyləyirdilər. Mən də dedim ki, o zaman iki dəfə Sərxan deyin. Yəni, Sərxan Sərxan. Dedim ki, babamın adı Sərxandır. Deyin, Sərxan Sərxan... Elə o vaxtdan bəri adım da, soyadım da Sərxan Sərxan kimi getdi. Amma atam məndən küsüb söyləyirdi ki, gül kimi soyadımız var, niyə axı o soyadı tanıtdırmırsan".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.