Şou-biznes

Aysunun keçmiş əri övladı ilə birgə - “Atanı sevirsənmi?“ - VİDEO

28 Oktyabr 2023 14:21
Baxış: 9 110
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bir müddət əvvəl müğənni Rəqsanə İsmayılovanın qızı Aysundan boşanan Eşqin Cəlilov paylaşımı ilə gündəmə gəlib. 

Milli.Az yenisabah-a istinadla xəbər verir ki, o, qızı Adelina ilə birgə çəkilmiş görüntülərini sosial şəbəkə hesabında yayımlayıb. 

İlk evlilyindən dünyaya gələn övladına dair paylaşım edən Eşqin uşağın üzünü gizli saxlayıb. Görüntülərdə Eşqin qızından "Atanı sevirsənmi?" - deyə soruşub. Qızı isə cavabında bildirib: "Hə, sevirəm, anamı da sevirəm".

Xatırladaq ki, Aysun İsmayılova qonaq olduğu verilişlərin birində Eşqinin ondan əvvəl ailəli olduğunu etiraf etmişdi: "Eşqin məndən öncə rus qadınla ailəli olub. Ona "cavanlıq səhvi" deyir. Bir qız övladı var. Tanış olanda bilmirdim əvvəl ailəli olub. Mənimlə tanış olmazdan 4 il əvvəl ayrılıblar". 

Qeyd edək ki, ötən il evlənən cütlük bu il ayrılmaq qərarı alaraq boşanmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.