Şou-biznes

Nigardan bayağı mahnı ETİRAFI: “İllərlə qazandığım əziyyəti pula görə...”

8 Oktyabr 2023 05:15
Baxış: 1 261
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Deyirəm, bacı, sənə qurban olum, efirdə elə mahnı oxuduğumu görmüsənmi?"

Milli.Az yenicag.az.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni, əməkdar artist Nigar Şabanova "Gül kimi şou"da deyib.

Sənətçi getdiyi toy və digər məclislərdə hər mahnının oxumadığını deyib və bunun səbəblərini açıqlayıb:

"Elə tərz mahnılar var, mən o mahnıları oxumuram. Mən də istəyərəm, ayıma məsələn, 10 min yox, 40 min qazanım. Amma illərlə qazandığım əziyyəti pula görə yerə vura bilmirəm.

Mənə də sifariş verirlər, amma o mahnıları toyda oxumuram. Bəzən elə mahnı istəyirlər, o mahnının adı belə biabırçılıqdır. Deyirəm, bacı, sənə qurban olum, efirdə elə mahnı oxuduğumu görmüsənmi? Deyir, yox.

Məni o mahnıları oxumadığım üçün "bizim də qulağımız o mahnılardan təmizlənsin" deyə ev yiyəsi toyuna, məclisinə çağırır. Məni o cür cılız ifa ilə efirlərdə görməmisənsə, demək ki mən də burada onu oxumayacağam".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.