Rusiyalı teleaparıcı, 86 yaşlı Nikolay Drozdovun ağır vəziyyətdə Moskvada xəstəxanalardan birinə yerləşdirildiyi iddia olunub.
Milli.Az axşam.az-a istinadən bildirir ki, bu barədə "Shot" teleqram kanalı məlumat yayıb. Bildirlib ki, davamlı olaraq ağrılardan şikayətlənən aparıcıya prostat vəzi xərçəngi diaqnozu qoyulub. Drozdovun hipertansif ürək xəstəliyi isə kimyaterapiya almasını çətinləşdirir deyə, məlumatda bildirilib.
Daha sonra teleaparıcının həyat yoldaşı Tatyana Nikolayın xəstəxanaya yerləşdirilməsi ilə bağlı xəbərləri təkzib edib və onun evdə olduğunu deyib:
"Nikolay sağlamdır, evdədir. Nədənsə hamı zəng edir. Onunla hər şey yaxşıdır, şükür Tanrıya, belə bir şey yoxdur. Tətilə gedirik".
Qeyd edəkk i, Nikolay "Heyvanlar aləmində" verilişinin aparıcısı kimi tanınıb.
Milli.Az