Şou-biznes

Məşhur prodüserə qarşı daha bir ittiham

6 Oktyabr 2023 16:37
Baxış: 686
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Britaniyalı aktrisa Culiya Ormond prodüser Harvi Vaynşteynə, eləcə də onunla əməkdaşlıq edən bir neçə şirkətə qarşı məhkəmə iddiası qaldırıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu barədə "Variety" nəşri məlumat yayıb.

Ormond prodüseri təcavüzdə, kinostudiyaları isə onun cinayətlərinə göz yummaqda günahlandırıb. Aktrisanın sözlərinə görə, maraqlarına diqqət yetirməli olan şirkət agentləri onu Vaynşteynə qarşı açıq danışmaqdan çəkindiriblər.

Ormond iddia edir ki, 1995-ci ildə prodüser iş yeməyindən sonra aktrisaya təcavüz edib.

Vaynşteyn isə aktrisanın iddialarını rədd edib. Onun vəkili bildirib ki, prodüser özünü güclü şəkildə müdafiə etməyə hazırdır.

Qeyd edək ki, hazırda 70 yaşı olan Harvinin ünvanına ilk ittihamlar 2017-ci ilin sonunda irəli sürülüb. Son 30 il ərzində onun 80-dən çox xanıma təcavüz etdiyi deyilir. 

Onlar arasında Ancelina Coli, Qvinet Peltrou, Salma Hayek kimi məşhur aktrisalar da var. O, 2020-ci ildən həbsdədir. Ona ilk olaraq 23 il, daha sonra isə əlavə 16 il həbs cəzası verilib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.