Şou-biznes

Alla Puqaçova və qızı məhkəməyə verildi

5 Oktyabr 2023 19:38
Baxış: 1 260
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Xalq artisti Alla Puqaçova və qızı, Rusiyanın Əməkdar artisti Kristina Orbakayteni Saratovdan olan sahibkar Anatoli Rıskov məhkəməyə verib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, buna səbəb müğənnilərdən su hövzəsinin sahil xəttinə çıxışının təmin edilməsi və tikililərin sökülməsinin tələbidir.

"Anatoli Rıskovun Alla Borisovna Puqaçeva və Kristina Edmundovna Orbakaiteyə qarşı mülki iddia məhkəmədə davam edir. İddiaçı cavabdehlərə məxsus torpaq sahələrinin içərisində yerləşən tikililəri sökərək su obyektinin sahil zolağına sərbəst çıxışına mane olduğunu bildirib. Onlardan bunu bərpa etmələri istənilir" deyə, yazıda qeyd olunub. 

Solneçnoqorsk administrasiyasının əmlakın idarə edilməsi komitəsi də şikayətçilər sırasındadır. Məhkəmə iddiaları qəbul edib. İclas oktyabrın 31-nə təyin edilib.

Bildirilib ki, məhkəmə işi sırf Alla Puqaçovanın Solneçnoqorsk şəhər rayonundakı torpaq sahəsinə görədir.

Qeyd edək ki, ölkənin qaz idarəsi ifaçının 15 min 536 rubl (275 manat) qaz borcu olduğu üçün məhkəməyə müraciət edilib. Puqaçova Solneçnoqorsk şəhər rayon administrasiyasının əmlak idarəsi komitəsi tərəfindən də məhkəməyə verilib. 

Xatırladaq ki, Puqaçova həyat yoldaşı, şoumen Maksim Qalkin və uşaqları ilə birlikdə Rusiyanın Ukraynaya hücümundan sonra İsrailə köçüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.