Şou-biznes

100-dən çox qəlpə yarası alan Xalq artisti: "Üzümə 27 tikiş vurulub" - VİDEO

28 Sentyabr 2023 14:20
Baxış: 3 342
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Şükufə Musayeva 90-cı illərdə Qarabağ uğrunda gedən döyüşlərdə iştirakından danışıb.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, aktrisa "Xəbərin olsun" verilişinə açıqlamasında Sərsəng su anbarı ətrafında gedən döyüşlərdə ağır yaralandığını və çoxsaylı qəlpə yarası aldığını bildirib:

"Çox şükür ki, bu günlərdə Sərsəng su anbarı ordumuzun nəzarətinə keçdi. Çox sevinirəm. Mən 1993-cü ildə Sərsəng su anbarı ətrafında gedən döyüşlərdə iştirak etmişəm. Orada ağır döyüşlər gedirdi. Ölən və yaralananlarımız çox idi. Onları qaldıqları yerdən çıxaranda mən də ağır yaralandım. Mənə dedilər ki getmə, amma mən kənardan dayanıb baxa bilməzdim. Sevdiyim səhnəni atdım və döyüşə getdim. Vətənə canım da fəda...

Döyüşlər vaxtı 100-dən çox qəlpə yarası almışdım. Sadəcə üzümə 27 tikiş vurulub. Gözümün ağında belə qəlpə var".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.