“Ermənilərin arasında da yaxşı insanlar var, gərək Allahla danışasan“
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"İndiyə kimi ermənilərə etibar etmişik, bundan sonra etmək olarmı, ya yox, adam bilmir. Onların həftəsi 7 gün deyil, başlarını itiriblər, özləri də bilmir ki, nə edirlər. Sözün düzü, mən ermənilərə artıq inanmıram. Amma bir məsələ var ki, mənim onlara inanıb-inanmamağımın məsələyə heç bir aidiyyəti yoxdur, artıq qərar verilib".
Milli.Az xəbər verir ki, bu sözləri Yenisabah.az-a Xalq artisti Mübariz Tağıyev deyib. Qarabağda aparılan antiterror əməliyyatından danışan sənətçi bunun zamanının gəldiyini bildirib. O, ermənilərə inanmadığını bildirib:
"Bu gün anım günüdür, minlərlə şəhidimiz, qaziimiz var, bu yolda görün nə qədər gənc vətəndaşlarımızı itirdik. Biz 30 il gözlədik, onlara sülh təklif etdik. Bu günə şükürlər olsun. Sonuncu antiterror əməliyyatlarından sonra mən də fikirləşdim ki, artıq uzun illər keçib, övladlarımız, hətta nəvələrimiz də böyüyüb, bundan sonra nə qədər dərd çəkəcəyik, artıq bəsdir. Görün, neçə illərdir bu gərginlik davam edir.
Bundan sonra ermənilərə inanmaq olar, ya olmaz bilmirəm, mən də orada doğulub-böyümüşəm, ermənilərin arasında da yaxşı insanlar var, gərək Allahla danışasan. Onların yaxşılarına da lənət, ancaq Qarabağda olan tör-töküntüləri onlar özləri də sevmirdilər, zəhlələri gedirdi. Bu bir siyasət idi, ortaya atdılar".
Müğənni SSRİ dövründə ermənilərin azərbaycanlılarla sülh içərisində yaşadığını qeyd edib:
"Qarabağda yaşayan ermənilərin müsahibələrinə mən də qulaq asıram, yaşlı nəslin nümayəndələri həqiqəti danışırlar, SSRİ vaxtı onlar azərbaycanlılarla normal yaşayırdılar. Mən həmin vaxt Mahnı Teatrının kollektivi ilə birgə dəfələrlə Qarabağa getmişəm. Orada normal həyat davam edirdi. Hadisələr sonradan yavaş-yavaş başlandı, ssenari üzrə davam etdi. Çünki Qarabağ cənnət məkandır, oranın təkcə havası, suyu əvəzsiz deyil, torpağın altı da nemətlərlə doludur. Ermənilər hələ də başa düşmür ki, hər şey bitdi, vəssalam! Hələ də nə isə axtarırlar.
Hazırda ermənilərin əksəriyyəti Qarabağdan gedir. Mənə elə gəlir ki, onların çoxu bəlkə də getməzdi, sadəcə onların arasında içləri irinli olanlar hələ də var və beyinlərinə başqa şeylər yeridirlər. Onlara deyirlər ki, "Siz bundan sonra İrəvana ayaq basa bilməyəcəksiniz", "Siz millətinizi danırsınız" və s. Tüpürüm sizin millətinizə!
Biz neçə illər müharibənin bitməsini gözləmişik, bu artıq olmalı idi. Ayrı yol yox idi. Torpaq uğrunda nə qədər şəhid verdik. Onların ailələri nə qədər dərdli olsalar da başlarını dik tutur. Mən dəfələrlə verilişlərdə şəhid anaları ilə birgə qonaq olmuşam, baxırsan ki, qadın əriyib gedib, 50 yaşlı qadın 80 yaşında görünür. Ancaq yenə də ana məğrurluğunu saxlayıb deyir ki, oğlum Vətən yolunda şəhid olub. Bax, ucalıq budur! Buna sevinmək lazımdır, bu millət həmişə qəhrəman millət olub. Bəzən çoxları tariximizi başqa tərəfə yayındırır, amma bu faktdır!
Sağ olsun, türk qardaşlarımız həmişə yanımızda oldular. Tək onlar yox, bizi istəyən dövlətlər yanımızda oldu. Bunları da qeyd etmək lazımdır, onlara hər zaman minnətdarlığımızı bildiririk".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Məni silkələyən ikinci belə hadisə olmayıb" - Murad Dadaşov
-
Şeyx Əbdül Mahmudbəyov xəstəxanaya yerləşdirildi
-
Melis Sütşurup əri Mustafa Sandalla Dubaya qaçıb?
-
Nurgül Yeşilçay: "Yenidən gənc olmaq istəməzdim"
-
Elgiz Əkbərin efirində göndərilən hədiyyələr gündəm oldu - (Video)
-
Cabir İmanovun vəfatından bir il ötür... - (Foto)
XƏBƏR LENTİ
-
Nazirlə jurnalist arasında gərginlik yaşandı - (Video)
-
Məsciddən və “Dəniz Mall”un namaz otağından oğurluq edən “Hacı” tutuldu
-
"Məni silkələyən ikinci belə hadisə olmayıb" - Murad Dadaşov
-
“Sənət inciləri”: növbəti mühazirə-konsert Xəzər Universitetində təşkil olunub - (Foto)
-
Polşanın Şərq Tədqiqatları Mərkəzi: Fransa-Azərbaycan münasibətlərinin normallaşması Bakı ilə Aİ arasında daha sıx əməkdaşlığa yol aça bilər
-
Vuçiç “ofisiant” obrazında: "Bizdə NATO yoxdur" - (Video)
-
Şeyx Əbdül Mahmudbəyov xəstəxanaya yerləşdirildi
-
Bakıda 40 yaşlı qadın öldürüldü - Əri saxlanıldı
-
Pakistanda 23 yaşlı azərbaycanlı qıza təcavüz: Kamerada hadisə gününün görüntüləri - (Video)
-
Azərbaycan və Belarus hərbi-texniki əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib - (Foto)
-
“Gəzə bilmirəm...” - Abid Şərifov
-
“Ən yaxşı Messidir, ikinci bir fikir ola bilməz” - Yamal
-
Aleksandr Pleşa vəfat etdi
-
Xaricdə oxuyanlar üçün peşə tanınması imtahanı keçirildi
-
Bakıda yağış nə vaxta kimi davam edəcək?
-
Kallas Suriyaya getdi
-
Olivye Jiru karyerasını bu tarixdə bitirəcək
-
Ermənistanda Ağrı dağı ilə bağlı növbəti qadağa
-
Fernando Alonso karyerası barədə qərar verdi
-
Zamanı ən dəqiq ölçən saat hazırlandı
-
Melis Sütşurup əri Mustafa Sandalla Dubaya qaçıb?
-
“Nar” ilin ən yüksək nəticə göstərən abituriyentlərini mükafatlandırdı - (Foto)
-
Nurgül Yeşilçay: "Yenidən gənc olmaq istəməzdim"
-
Qapağı şişibsə, yeməyin - Xəbərdarlıq





