Şou-biznes

Rasim Balayev: “Əgər aparıcının cinsi azlığın nümayəndəsi olduğunu bilsəydim...” - VİDEO

12 Sentyabr 2023 16:18
Baxış: 2 860
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti, "Şöhrət" ordenli aktyor Rasim Balayev "YouTube"da yayımlanan "Düz danışaq" layihəsinə verdiyi qalmaqallı müsahibəsindən söz açıb. 

Milli.Az bizim.media-ya istinadən bildirir ki, "YouTube"da yayımlanan "AStar" layihəsinin qonağı olan sənətkar bildirib ki, əvvəlcədən aparıcının cinsi azlığın nümayəndəsi olduğunu bilsəydi, ona müsahibə verməzdi.

"Amerikadan mənə zəng gəldi. Dedi ki, Vaşinqtondayam və sizdən müsahibə almaq istəyirəm. Razılıq verdim. Birinci dəfədir ki, özünə bu sözü (cinsi azlıq - red.) deyən adam görürəm. Həmişə insanlar belə şəxslərin arxasınca deyirlər. Bu isə özü dedi mənə ki, mən cinsi azlığın nümayəndəsiyəm.

Onun bu sözündən məəttəl qaldım. Alnında yazılmayıb ki, bu "ondandır". Mən də qaldım belə... Əvvəlcədən onun belə bilsəydim, müsahibə verməzdim. Saqqalı, bığı... Dedim bu adama oxşayır da... Sən demə, bu normal adam deyilmiş... Özü dedi, başqası yox", - deyə R.Balayev fikirlərini dilə gətirib.
Qeyd edək ki, "YouTube"da yayımlanan "Düz danışaq" layihəsinin aparıcısı İsmayıl Cəlilov Rasim Balayevlə müsahibə zamanı cinsi azlığın nümayəndəsi olduğunu deyərək, aktyordan bu şəxslərə qarşı münasibətini öyrənib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.