Şou-biznes

“Pis yola düşən, evdən qaçan, uşağını atan qadınların yanındayam*

8 Sentyabr 2023 23:00
Baxış: 1 565
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Məni kişi düşməni kimi qəbul etməyin. Kişi-qadın ayrıseçkiliyi etmirəm. Amma qadınların yanındayam: bütün səhvlərin, günahların, pis yola düşən, evdən qaçan, uşağını atan qadınların".

Milli.Az bey.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı öz verilişində deyib.

Qadınlardan danışan aparıcı onlara səslənib. Hidayətqızı bildirib ki, xanımlar ayrıldıqları həyat yoldaşından mütləq aliment tələb etməlidirlər: "Əgər kişi yanında yaxşı olarsa, qadın bunları etməz. Qadın hüzurlu, xoşbəxt yaşamaq istəyir. Bunlar varsa, qadın onları edərmi? Bunu qadınlara edən də kişilərdir. Bəzi kişilərin ən çox qorxduğu puldur. Ayrıldı, əla, yolun açıq olsun. Amma uşağına pulunu ödəyəcəksən. Zəhmət çəkib gecə-gündüz küçə süpürüb, daş daşıyıb övladına baxacaqsan. Qadınlar, "aliment almıram" deyib, qürur etməyin. 1 amant da olsa, kişidən alın. Sabah eyni əzabı başqa qadına yaşatmasınlar".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.