Şou-biznes

Puqaçovanın uşaqlarının atası Qalkin deyil

8 Sentyabr 2023 02:02
Baxış: 1 725
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Alla Puqaçova və Maksim Qalkin heç vaxt gizlətməyiblər ki, əkizlər Liza və Harri surroqat ana sayəsində dünyaya gəliblər. Süni mayalanma proseduru zamanı müğənni və komediyaçının genetik materiallarından istifadə edilib.

Milli.Az qaynarinfo.az-a istinadən xəbər verir ki, Rusiya mediası iddia edir ki, əslində uşaqların atası heç də Qalkin deyil. Yazırlar ki, uşaqların atası uzun illər əvvəl Primadonnanın "Project A" şousunda sevimlisi olmuş müğənni Sergey Savin ola bilər.

Savin Puqaçova ilə Qalkinin evliliyinin piar olduğunu, əslində isə Allanın onunla maraqlandığını bildirib. Onun sözlərini cütlüyün yaxınları da təsdiqləyib. Rusiya mətbuatına şərhdə onlar Liza və Harrinin Sergeyə çox bənzədiklərini bildiriblər.
Savinin özü Divanın uşaqlarının atası ola biləcəyi ilə bağlı məlumatı təsdiqləməyib, lakin o, ulduz ailəsinin pərəstişkarlarını intriqaya salmaq üçün "yem atıb".
"Mən şəxsi həyatı, xüsusən də Puqaçova haqqında şərh verməyi mümkün hesab etmirəm. Amma söz-söhbətlər artarsa, DNT testindən keçməyə hazıram", - Savin deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.