Şou-biznes

Atası ilə qayınanası Röyanın konsertində - YENİLƏNİB - VİDEO - FOTO

3 Sentyabr 2023 20:08
Baxış: 4 767
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xalq artisti Röya Ayxanın "Biri var" adlı solo konsertinin ikinci günü baş tutub.

Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, estrada ulduzu Bakı Konqres Mərkəzində sevənləri ilə yenidən bir araya gəlib.

Pop ulduz gecəni "14/41" albomuna daxil olan "Biri var" mahnısı ilə açıq elan edib. Konsertin açılışında daha bir yenilik olub.

Belə ki, Röya Ayxan səhnəyə tamaşaçıların daxil olduğu əsas girişdən gəlib. Onun start şousunu səkkiz mühafizəçi müşayiət edib. Müğənni onlarla birgə xüsusi səhnə vasitəsi ilə aşağı enib və "Nero" rəqs qrupu ilə tamaşaçıları salamlayıb.

Daha sonra sənətçi ard-arda 22 mahnı səsləndirib. Gecədə Azərbaycanda ilk dəfə olaraq "Kuka" robotundan istifadə olunub. Konsertdə demək olar ki, bütün mahnılar səhnəciklə təqdim edilib.

Səhnədə üç paltar dəyişən ifaçı makiyajını Elnur Həsənova, saçlarını Aygün Məmmədova həvalə edib.

Həmçinin, Röya Ayxan teatrlara marağı artırmaq üçün yeni layihəyə başlayacağına, iki il konsertlərə fasilə verəcəyini bildirib.

Gecədə xalq artistinin atası Yaqub Nəcəfov və keçmiş qaynanası da yer alıb. Həddindən artıq həyəcanlı olduğunu dilə gətirən Röya Ayxan ilk gün baş verən texniki qüsurların aradan qaldırıldığını bildirib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.