Şou-biznes

"Barbi"nin aktyoru ilə görüşmək üçün 300 min verdi, amma...

24 Avqust 2023 13:27
Baxış: 1 226
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Barbi" filmində "Ken" obrazına həyat verən aktyor Rayan Qoslinqinin pərəstişkarlarından biri dələduzların qurbanı olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sosial şəbəkədə özünü aktyorun köməkçisi kimi təqdim edən şəxs rus qadına Rayanla görüşmək şərəfinə nail olan adlar arasında yer aldığına inandırıb. Bundan sonra onun səyahət üçün ödəniş etməli olduğunu vurğulayıb. Qadın həmin şəxsin hesabına kreditlə götürdüyü 300 min rubl (təxminən 5000 manatdan çox) pul vəsaiti köçürüb. 

Həmin şəxs qadından əlavə 200 min rubl (təxminən 4000 manata yaxın) da tələb etdikdən sonra o, şübhələnib və polisə müraciət edib.

Faktla bağlı artıq cinayət işi açılıb.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.