Şou-biznes

67 yaşlı rejissor sosial şəbəkədə özünə sevgili axtarır - FOTO

18 Avqust 2023 01:24
Baxış: 793
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur rejissor Lars Fon Trier sosial şəbəkə üzərindən özünə sevgili axtarır.

Milli.Az axşam.az-a istinadən bildirir ki, özü haqda video yayımlayan rejissor namizədlərdən ona elektron poçt vasitəsi ilə yazmalarını xahiş edib.

"67 yaşım var. Parkinson, obsesif-kompulsif pozğunluq və alkoqolizmim var. Onları nəzarətdə saxlayıram. Məndən sonra bir neçə layiqli film qalacaq. Bu video ilə sosial şəbəkələr haqqında heç bir fikrimin olmadığını demək istəyirəm. Buna görə də mənə sosial şəbəkələrdə yox, poçt vasitəsi ilə yazmağınızı xahiş edirəm" deyə, Lars öz elektron poçt ünvanını yazıb.

Qeyd edək ki, rejissor iki dəfə evli olub. Onun rejissor Sesiliya Holbeklə evliliyi 1987-ci ildən 1995-ci ilə qədər davam edib. Bu münasibətdən Aqnes və Selma adlı iki qız övladı dünyaya gəlib. 1997-ci ildə Lars Lüdviq və Benjamin adlı əkiz uşaqlarını dünyaya gətirən Bent Freqe ilə ailə qurub. Onlar 2015-ci ildə Larsın xəyanəti səbəbindən boşanıblar.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.