Şou-biznes

Boşanacağını açıqlayan Nagehan Fəridlə bir arada - FOTO

14 Avqust 2023 14:31
Baxış: 1 521
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, bloger Nagehan Abdullayeva həyat yoldaşı Fərid Abdullayevlə boşanacağını açıqlamışdı. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, cütlük yenidən barışıb. Bu haqda Nagehan özü məlumat yayıb. 

Bloger birlikdə olan fotolarını yayımlayaraq "Ailə günü" şərhini yazıb. 

Qeyd edək ki, Nagehan bir müddət əvvəl Türkiyəyə ailəsinin yanına qayıtmışdı. O, açıqlama verərək, Fəridlə ayrıldıqlarını və boşanma ərəfəsində olduqlarını deyib. Nagehan izləyicilərinin suallarına "Bu yolun qayıdışı yoxdur. Bu dəfə birdəfəlik bitdi" cavabını verib. 

Cütlük bir neçə il əvvəl də ayrılmış, sonradan yenidən barışmışdı.

Xatırladaq ki, cütlüyün iki övladı var.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.