Şou-biznes

Reperin dinləyicinin başına çıprdığı mikrofon ŞOK qiymətə satıldı

9 Avqust 2023 22:42
Baxış: 1 367
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Reper Kardi Bi-nin çıxışı zamanı pərəstişkarına atdığı mikrofon üçün "eBay"-da hərrac başa çatıb.

Milli.Az olay-a istinadən bildriir ki, aksessuar cəmi 500 dollar başlanğıc qiyməti ilə satışa çıxarılsa da, 99,9 min dollara alınıb. 

Mikrofon üçün həftə ərzində 120 təklif irəli sürülüb. Mikrofonu "The Wave" audio və video avadanlıqları istehsal edən şirkət satışa çıxarıb. Gəlir iki xeyriyyə təşkilatına ödəniləcək. 

İyulun sonunda sosial şəbəkədə Kardi Bi-nin konserti zamanı dinləyicilərdən birinin öz qədəhindən reperin üzərinə içki atmasının görüntüsü yayılıb. Reper isə həmin an düşünmədən mikrofonu onun üstünə atıb. 

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.