Şou-biznes

Livanlı fenomendən Azərbaycanla bağlı paylaşım - VİDEO

9 Avqust 2023 12:13
Baxış: 1 592
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Livanlı məşhur aşpaz və sosial media fenomeni Abir Əl Saghir bu dəfə Azərbaycanla bağlı paylaşım edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aşpaz milli mətbəximizdən olan Şah plov hazırlayıb. O, videoya "Sarı gəlin" Azərbaycan xalq mahnısını yerləşdirib. Abir daha sonra plovun hazır versiyasını göstərərək, üzərinə Azərbaycan bayrağı sancıb.

Blogerin 4,5 milyon izləyicisi olan instaqramında yerləşdirdiyi videoya 69 mindən çox bəyəni gəlib. O, videonu 23,2 milyon izləyicisi olan TikTok hesabında da yayımlayıb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.