Şou-biznes

Həmidə Ömərova həyat yoldaşından danışdı

3 Avqust 2023 17:10
Baxış: 4 414
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Əsl sevgi var. Bəzən insan sevir, amma qədrini bilmir. Gəncliyi, səhvi ucbatından böyük səhv edir. Amma ömrüboyu peşmançılığını çəkir".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri Xalq artisti Həmidə Ömərova "Xoş gəldim" verilişində deyib. Aktrisa sevgidən danışıb. O, aparıcının "Neçə dəfə sevmisiniz. Deyir" sualına belə reaksiya verib:

"Biri var istək, biri də var sevgi. Mən bir dəfə sevmişəm. Həyat yoldaşım Ağa ilə aramızda bağlılıq var. Ailə bağlılığı başqadır. Evdə bəzən mənim, bəzən isə həyat yoldaşımın sözü keçib. Amma ən çox həyat yoldaşımın sözü keçib. Amma indi son qərarı övlad verir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.