Şou-biznes

Klarnet ifaçısına aşırdığı maşından hədiyyə olundu - FOTO

29 İyul 2023 09:34
Baxış: 2 833
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tanınmış klarnet ifaçısı Rafael Dağlıya (Bayramov) "Range Rover" markalı avtomobil hədiyyə edilib.

Milli.Az qafqazinfoya istinadən xəbər verir ki, bu təşəbbüslə sənətçinin pərəstişkarlarından olan iş adamı çıxış edib.

Qeyd edək ki, Rafael Dağlı bu ilin aprelində məhz "Range Rover" markalı avtomobili ilə Bakı-Quba yolunun Şabran rayonu ərazisindən keçən hissəsində ağır qəza keçirib. Qəza nəticəsində onun avtomobili yoldan çıxaraq aşıb və tamamilə yararsız hala düşüb. 

Adı açıqlanmayan iş adamı isə sənətçiyə ad günü ərəfəsində "Range Rover" markalı avtomobil hədiyyə etməklə onu sevindirib. Klarnet ifaçısı bu sürpriz hədiyyədən təsirləndiyini bildirib.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.