Şou-biznes

"Bu günü 7 il gözlədim" - FOTO

10 İyul 2023 13:31
Baxış: 2 716
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aparıcı Ülvira Qarayevanın qızı Zeynəb Türkiyədə Atatürk Universitetindən məzun olub. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, Ülvira övladının özəl günündən fotoları sosial şəbəkədə yayımlayıb. O, şəkillərə bunları qeyd edib:

"Bu günü 7 il gözlədim. İyunun 22-də qızım Atatürk Universitetinin tibb fakültəsindən məzun oldu. Məzuniyyət mərasimində hər məzunu adı iıə çağırıb, diplomlarını verdilər. Valideynlər qürurlu, məzunlar sevincli idi - əziyyətlərinin bəhrəsini gördülər. Çox çətin yol gəldi qızım öz dostları ilə bərabər, dərslər çox ağır, müəllimlər həm əzazil, həm mərhəmətli. Atatürk Universitetinin diplomu çox güclüdür, İngiltərəyə qədər tanınır. Deyirlər, Atatürk Universiteti Ankarada olsaydı, Hacettepe ilə yarışardı.

Dostlar, qızlarınızı oxudun, mütləq oxusun. Ali təhsil vacib deyil, qazandıran peşələri olmalıdır, mütləq. Qızlarımız halal zəhmətlə pul qazansın, özlərinə arxayın, özgüvənli olsunlar, həyatdan qorxmasınlar, ayaq üstə dik dursunlar. Bütün gənclərin yolları açıq olsun".


Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.